top
Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür
Bu gün, 10:28
- ↺ +

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum gündür.

İsmət İsmayıl oğlu Qayıbov 8 oktyabr 1942-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Orta təhsilini Gəncə şəhər 1 saylı Maksim Qorki adına məktəbdə alıb. Hazırda məktəb İsmət Qayıbovun adını daşıyır.

1967-ci ildə Qayıbov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsini bitirib. 1971-ci ildən Respublika prokurorluq orqanlarında fəaliyyətə başlayıb. 1990-ci ilədək Qayıbov Sumqayıt şəhərinin, İsmayıllı və Əli Bayramlı (indiki Şirvan şəhəri) rayonlarının prokuroru vəzifəsində çalışıb. 1990-cı ilin avqustunda Azərbaycanın baş prokuroru vəzifəsinə təyin edilib.

İsmət Qayıbov 1991-ci ildə verdiyi müsahibədə erməni hərbi birləşmələrinin cinayətlərinin sovet rəhbərliyi tərəfindən cəzasız qaldığına etiraz edib. O, Quqarkda (indiki Ermənistan) azərbaycanlılara qarşı törədilən qırğına görə cəmi dörd erməninin saxlanıldığını "biabırçılıq" adlandırıb. Qayıbov 20 Yanvar faciəsini "Azərbaycan xalqının öz müstəqilliyi uğrunda apardığı mübarizə" adlandırıb və bildirib ki, "bu şəhidlər hərbi diktaturanın əleyhinə küçələrə çıxmışdılar".
İsmət Qayıbov 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında bir sıra yüksək rütbəli dövlət xadimlərinin də içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub.

İsmət Qayıbov Bakıda Birinci Fəxri xiyabanda dəfn olunub. Hazırda Azərbaycanın şəhər və rayonlarında küçələr və digər infrastruktur obyektləri onun adını daşıyır.

Son xəbərlər

Bizim fəxrimiz
Bu gün, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
Bu gün, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
Bu gün, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
Dünən, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
Dünən, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
Dünən, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Bütün xəbərlər
Dünən, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
Dünən, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
Dünən, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
Dünən, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 09:12

Gəncədə "islanmaq" üçün nəzərdə tutulan avtobus dayanacağı

Bütün xəbərlər
Dünən, 09:00

Bu rayonda işıq olmayacaq

Bütün xəbərlər
06 oktyabr 2026, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
06 oktyabr 2026, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
06 oktyabr 2026, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
06 oktyabr 2026, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
06 oktyabr 2026, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
06 oktyabr 2026, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
06 oktyabr 2026, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
06 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Oxşar xəbərlər