Göygöl rayonunda həkim Sahib Rəsulov 73 yaşında vəfat edib.
Gencexeber.az məlumat verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib.
Sahib Rəsulov 1978-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib. O, uzun illər tibb sahəsində çalışaraq peşəkarlığı və zəngin təcrübəsi ilə həmkarlarının və rayon ictimaiyyətinin hörmətini qazanıb.
Sahib Rəsulov 1991-ci ildən Göygöl Mərkəzi Rayon Xəstəxanasının Klinik laboratoriya şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. Onun son iş yeri isə Göygöl rayonunda fəaliyyət göstərən özəl klinikalardan biri olub.