Gəncədə ötən ilin oktyabrında bıçaqlanaraq öldürülən 16 yaşlı Vaqif Rəfibəylinin xatirəsi yad edilib.
Gencexeber.az məlumat verir ki, şəhər sakinləri Vaqif Rəfibəylinin bıçaqlandığı Mahrasa bağı yaşayış massivindəki yerə güllər düzüblər.
Qeyd edək ki, 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli 15 saylı uşaq bağçasının yaxınlığında iki yeniyetmə arasında baş verən mübahisə zamanı bıçaqlanıb. Xəstəxanaya aparılarkən yolda həyatını itirən Vaqif oktyabrın 9-da dəfn olunub.
Hadisəni törətməkdə təqsirləndirilən 2007-ci il təvəllüdlü Rihat Cəfərov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.