2026-cı ilin əvvəlinə Gəncə şəhərində 1 272 həkim fəaliyyət göstərib.
Gencexeber.az məlumat verir ki, bu barədə iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə səhiyyənin əsas göstəricilərinə dair statistik məlumatlarda qeyd olunub.
Məlumata əsasən, Gəncə şəhərində hər 10 min nəfərə 38,4 həkim düşür. Şəhərdə orta tibb işçilərinin sayı 2 437 nəfər təşkil edib. Bu göstərici hər 10 min nəfərə 73,6 orta tibb işçisi deməkdir.
Statistikaya görə, Gəncədə 13 xəstəxana fəaliyyət göstərir. Xəstəxana çarpayılarının sayı isə 2 281-dir. Hər 10 min nəfərə 68,9 xəstəxana çarpayısı düşür.
Bundan əlavə, şəhərdə 27 ambulator-poliklinika müəssisəsi mövcuddur.
Qeyd edək ki, statistik məlumatlar 2026-cı ilin əvvəlinə olan vəziyyəti əks etdirir.
Bildirək ki, 2026-cı ilin əvvəlinə Bakıda 23 585 həkim fəaliyyət göstərib. Bu isə o deməkdir ki, paytaxtda hər 10 min nəfərə 100,1 həkim düşüb.