Gəncə Şəhər Məhkəməsində xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurmada, xuliqanlıqda, oğurluqda və qanunsuz narkotik saxlamada təqsirləndirilən Elgün İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 3 il 2 ay 23 gün müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Elgün İsmayılov Gəncədə ayrı-ayrı şəxslərə məxsus beş velosipedi və mobil telefonu gizli talamaqda, satış məqsədi olmadan narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqda, eləcə də xüsusi amansızlıq və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına zərər vurmaqda ittiham olunub.
Ona qarşı irəli sürülən digər ittiham satış məqsədi olmadan narkotik vasitə və psixotrop maddənin qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ilə bağlıdır.
Mənbə: pravda.аz