Gəncə istiqamətində hərəkətdə olan Bakı-Gəncə şəhərlərarası müntəzəm marşrut avtobusu Kürdəmir rayonu ərazisində qəzaya düşüb.
Gencexeber.az-ın məlumatına görə, hadisə saat 10:18-də baş verib. "27-TA-167" dövlət qeydiyyat nişanlı avtobus "Mercedes" markalı minik avtomobilinə çırpılıb.
Qəza nəticəsində minik avtomobili ciddi deformasiyaya uğrayıb, sürücüsü isə xəsarət alıb. Avtobusda olan sərnişinlər arasında xəsarət alan olmayıb.
Qısa müddət sonra sərnişinlər başqa avtobusla Gəncə istiqamətində yola salınıblar.
Hadisə yerinə polis əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.