Gəncəli idmançılar doğma şəhərlərində kikboksinq üzrə böyük və azyaşlılar arasında keçirilən Azərbaycan çempionatında uğurlu nəticələr əldə ediblər.
Gencexeber.az-ın məlumatına görə, Ruslan Rüstəmli (91 kq) və Qəşəm Məmmədov (86 kq) Azərbaycan çempionu adını qazanıblar. Beləliklə, 16 illik fasilədən sonra Gəncədən iki idmançı bu növdə ölkə çempionu olub.
Bundan əlavə, "AKF Gəncə" komandası tatami yarışlarında da uğurla çıxış edib. Belə ki, Umud Məmmədquliyev (18 kq), Nihat Əliyev (21 kq), Tunar Abbasov (26 kq) və Banu Hüseynzadə (33 kq) yarışın qalibi olublar.
Yarışda Hilal Məmmədov isə "Tataminin ən yaxşı məşqçisi" adına layiq görülüb.