top
Meteor yağışı olacaq
Bu gün, 17:34
- ↺ +

Meteor yağışı olacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq.

Gencexeber.az bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasına istinadən xəbər verir.

Bildirilib ki, Orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq.Meteor yağışının maksimum aktivliyi isə 21-22 oktyabr tarixlərində baş verəcək. Oktyabrın 21-dən 22-nə keçən gecə meteor yağışının müşahidəsi üçün əsas gecələrdən biri olacaq. Orionidlərin əsas cismi astronomiya tarixinin ən məşhur kometalarından biri — 1P/Halley kometasıdır.

Halley kometası Günəş ətrafında bir dövrünü orta hesabla təxminən 75-76 ilə tamamlayır. Halley kometası Günəşə yaxınlaşdıqda onun nüvəsindən qaz, toz və bərk hissəciklər ayrılır. Bu material zamanla kometanın orbiti boyunca yayılır. Halley kometasının özü hazırda Yerə yaxın olmasa belə, Yer hər il həmin meteoroid materialının müəyyən hissəsindən keçdiyindən onun keçmişdə buraxdığı hissəciklər atmosferə daxil olaraq meteorlar yaradır. Orionidlər xüsusilə yüksək sürətləri ilə seçilir.

Meteoroidlər Yer atmosferinə təxminən 66 km/san, yəni saatda təxminən 238 min kilometr sürətlə daxil olur. Bu səbəbdən Orionidlər səmada çox sürətli meteorlar kimi görünür və bəzi parlaq meteorların arxasında bir neçə saniyə davam edən işıqlı izlər qala bilər.

2026-cı il üçün Orionidlərin maksimum aktivliyi zamanı saatda 20 meteorun müşahidə olunması gözlənilir. Orionidlər Azərbaycandan müşahidə edilə bilər.

Orionidlərin müşahidəsi üçün gecə yarısından sonrakı və xüsusilə sübhə yaxın saatlar daha əlverişlidir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:03

Gəncə kikboksçuları 16 ildən sonra BUNU BACARDILAR

Bütün xəbərlər
Bu gün, 16:27

Sabah Gəncədə 27 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 14:08

Gəncədə zəncirvari qəza: piyadanı maşın vurdu

Bütün xəbərlər
Bu gün, 13:49

Gəncədə yerləşmə müəssisələrində monitorinq keçirilib

Bütün xəbərlər
Bu gün, 13:11

Bakı-Gəncə avtobusu Kürdəmirdə "Mercedes"ə çırpıldı

Bütün xəbərlər
Bu gün, 12:26

Gəncəli şəhidin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 10:33

Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən kişi TUTULUB

Bütün xəbərlər
Bu gün, 10:24

Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

Bütün xəbərlər
Bu gün, 09:02

Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı

Bütün xəbərlər
Bu gün, 00:40

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Bütün xəbərlər
Dünən, 14:52

Gəncədə atasını yuxudan oyadan oğul 25 gün həbsdə olacaq

Tarix
Dünən, 00:05

Beş il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

11 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 15-cü günü

Bütün xəbərlər
10 oktyabr 2026, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
10 oktyabr 2026, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bütün xəbərlər
10 oktyabr 2026, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
10 oktyabr 2026, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
10 oktyabr 2026, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
10 oktyabr 2026, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
10 oktyabr 2026, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
10 oktyabr 2026, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
09 oktyabr 2026, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
09 oktyabr 2026, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Oxşar xəbərlər