Gəncə şəhər İnternat Tipli Xarici Dillər Təmayüllü Gimnaziyada azyaşlı uşaqlar üçün ödənişsiz məşğələlər təşkil olunur.
Gencexeber.az məlumat verir ki, layihəyə 2 yaş yarımdan 5 yaşadək uşaqlar cəlb edilir. Məşğələlər üçün lazım olan bütün ləvazimatlar – iş dəftərləri, nağıl kitabları, boyalar, qələmlər, plastilin və digər vasitələr uşaqlara pulsuz təqdim olunur.
Təhsil müəssisəsində kompüter və proyektor vasitəsilə interaktiv dərslər keçirilir. Uşaqlar rəngləri və həndəsi fiqurları öyrənir, musiqi və rəqs məşğələlərində iştirak edirlər.
Hər qrupda 15–20 uşaq yer alır. Dərslər həftənin dörd günü, saat 14:00-dan 16:00-dək keçirilir.