Gəncə Dövlət Universitetinin (GDU) əməkdaşına elmi ad verilib.
Gencexeber.az məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Əliyeva Afaq Ələsgər qızına dosent elmi adı verilib.
A.Əliyeva bu ada "Dərman və efir yağlı bitkilər"i ixtisası üzrə layiq görülüb.
O, 2018-ci ildən Gəncə Dövlət Universitetində Botanika kafedrasında baş müəllim olaraq fəaliyyət göstərir.