top
Bir yaşlı oğlunun ölümünə səbəb olan anaya bu cəza verildi
Bu gün, 12:19
- ↺ +

Bir yaşlı oğlunun ölümünə səbəb olan anaya bu cəza verildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir yaşlı oğlunun ölümünə səbəb olan anaya bu cəza verildi

Yevlaxda 1 yaşlı oğlunun sağlamlığına xüsusi amansızlıqla, ağır iztirablar verməklə qəsdən ağır zərər vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan Müdir İlhamə Camal qızının məhkəmə prosesi başa çatıb.

Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, 1991-ci il təvəllüdlü ana 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlum olub ki, İlhamə azyaşlı uşağının ağlamasından narahat olaraq əsəbiləşib və uşağın qəsdən bədəninin müxtəlif nahiyələrinə əli ilə zərbələr endirib. Uşağın bundan sonra yenə ağladığını görən qadın, oğlu Məhəmmədi əlləri ilə göyə qaldıraraq hündürlükdən taxta döşəməyə çırpıb.

Məhəmməd çatdırıldığı Yevlax Şəhər Xəstəxanasında 5 gün sonra həyatını itirib.

Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. O, əvvəllər 4 dəfə rəsmi nikaha daxil olmadan ailə həyatı qurduğunu, bu münasibətlərdən 6 uşağının dünyaya gəldiyini qeyd edib. İlhamə məqsədinin övladını öldürmək yox, ağladığı üçün onu cəzalandırmaq olduğunu bildirib.

İlhamə onu da bildirib ki, həmin uşaqları dünyaya gətirdikdən az sonra atalarının uzaq qohumlarına saxlaması üçün verib. Hazırda övladlarının harada olması barədə tam məlumatsız olduğunu deyən İlhamə, uşaqlarının adlarını da xatırlamadığını söyləyib.

Mənbə: xitab24.аz

Son xəbərlər

Bizim fəxrimiz
Bu gün, 11:37

Gəncəli güləşçi beynəlxalq turnirdə UĞUR QAZANIB

Bütün xəbərlər
Bu gün, 11:07

Gəncə sakini evində ölü tapılıb

Bütün xəbərlər
Bu gün, 09:40

ATU-da konfrans baş tutacaq

Bütün xəbərlər
Bu gün, 00:00

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Bütün xəbərlər
Dünən, 17:18

GDU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
Dünən, 16:33

Gəncədə bir sıra ərazilər TƏMİZLƏNDİ

Bütün xəbərlər
Dünən, 14:13

"Gəncə Open-2026" şahmat festivalına start verilib

Bütün xəbərlər
Dünən, 12:50

Gəncədə hava yenidən isinir - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:57

Gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
Dünən, 11:24

Gəncədə bir neçə cinayət törədən şəxs 3 ildən çox həbs edildi

Bütün xəbərlər
Dünən, 09:33

Gəncə sakini sirkə turşusundan zəhərlənib

Bütün xəbərlər
Dünən, 09:00

Gəncədə ödənişsiz məşğələlərə başlanılır

Bütün xəbərlər
Dünən, 00:00

13 oktyabr 2020: Vətən Müharibəsinin 17-ci günü

Bütün xəbərlər
12 oktyabr 2026, 17:34

Meteor yağışı olacaq

Bütün xəbərlər
12 oktyabr 2026, 17:03

Gəncə kikboksçuları 16 ildən sonra BUNU BACARDILAR

Bütün xəbərlər
12 oktyabr 2026, 16:27

Sabah Gəncədə 27 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
12 oktyabr 2026, 14:08

Gəncədə zəncirvari qəza: piyadanı maşın vurdu

Bütün xəbərlər
12 oktyabr 2026, 13:49

Gəncədə yerləşmə müəssisələrində monitorinq keçirilib

Bütün xəbərlər
12 oktyabr 2026, 13:11

Bakı-Gəncə avtobusu Kürdəmirdə "Mercedes"ə çırpıldı

Bütün xəbərlər
12 oktyabr 2026, 12:26

Gəncəli şəhidin doğum günüdür

Bütün xəbərlər
12 oktyabr 2026, 10:33

Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən kişi TUTULUB

Bütün xəbərlər
12 oktyabr 2026, 10:24

Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

Bütün xəbərlər
12 oktyabr 2026, 09:02

Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı

Oxşar xəbərlər