top
Ermənistanda tutulan daşkəsənli əsgərin atası: Dövlətimizə güvənirik
Bu gün, 15:01
- ↺ +

Ermənistanda tutulan daşkəsənli əsgərin atası: "Dövlətimizə güvənirik"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmətdə olan əsgəri Nəsimi Musayev Ermənistanda saxlanılmazdan bir gün əvvəl ailəsi ilə danışıbmış.

Bu barədə Daşkəsən rayonu sakini olan hərbçinin atası Rasim Musayev və bacısı Şəlalə Alıyeva məlumat veriblər. Onlar Nəsiminin sonuncu telefon danışıqlarında hər hansı narahatlıq ifadə etmədiyini bildiriblər.

Nəsimi Musayevin bacısı Şəlalə Alıyeva bildirib ki, qardaşı ilə həmin vaxta qədər telefon danışıqları normal keçib. Onun sözlərinə görə, Nəsimi hər zəngində heç bir problemin olmadığını, hər şeyin yaxşı olduğunu deyib.

Hərbçinin atası Rasim Musayev isə oğlu ilə sonuncu dəfə sentyabrın 25-də, xidmət yerində olmamasının müəyyən edilməsindən bir gün əvvəl danışdığını bildirib:

"Hər dəfə necə danışırdısa, elə də danışdı. Dedi ki, hər şey yaxşıdır burada. Heç bir narahatlığının olmadığını bildirdi".

Oğlunun taleyindən narahat olan ata məsələnin həllini gözlədiklərini və dövlətə güvəndiklərini də vurğulayıb.

"Biz müraciətlərimizi etmişik, nəticələri gözləyirik. Mənim Prezidentimizə, dövlətimizə güvənim tamdır. İndiyə qədər heç bir vətəndaş, əsgər darda qoyulmayıb. Ona görə də mən inanıram ki, məsələ qısa vaxtda həllini tapacaq", – deyə Rasim Musayev bildirib.

Xatırladaq ki, Nəsimi Musayevin sentyabrın 26-da Laçın rayonu istiqamətində xidmət yerində olmaması müəyyən edildikdən sonra onun axtarışına başlanılıb. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.

Oktyabrın 1-də Nəsimi Musayev Ermənistanın Sünik vilayətinin Sisian rayonunun Şəki kəndində saxlanılıb. Ermənistan məhkəməsi istintaq altında olan əsgər barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Mənbə: modern.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:37

Gəncədə 10 il ərzində əkin sahələri 61% azalıb

Bütün xəbərlər
Bu gün, 13:54

Sabah da Gəncədə hava isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:19

Bir yaşlı oğlunun ölümünə səbəb olan anaya bu cəza verildi

Bizim fəxrimiz
Bu gün, 11:37

Gəncəli güləşçi beynəlxalq turnirdə UĞUR QAZANIB

Bütün xəbərlər
Bu gün, 11:07

Gəncə sakini evində ölü tapılıb

Bütün xəbərlər
Bu gün, 09:40

ATU-da konfrans baş tutacaq

Bütün xəbərlər
Bu gün, 00:00

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Bütün xəbərlər
Dünən, 17:18

GDU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
Dünən, 16:33

Gəncədə bir sıra ərazilər TƏMİZLƏNDİ

Bütün xəbərlər
Dünən, 14:13

"Gəncə Open-2026" şahmat festivalına start verilib

Bütün xəbərlər
Dünən, 12:50

Gəncədə hava yenidən isinir - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:57

Gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
Dünən, 11:24

Gəncədə bir neçə cinayət törədən şəxs 3 ildən çox həbs edildi

Bütün xəbərlər
Dünən, 09:33

Gəncə sakini sirkə turşusundan zəhərlənib

Bütün xəbərlər
Dünən, 09:00

Gəncədə ödənişsiz məşğələlərə başlanılır

Bütün xəbərlər
Dünən, 00:00

13 oktyabr 2020: Vətən Müharibəsinin 17-ci günü

Bütün xəbərlər
12 oktyabr 2026, 17:34

Meteor yağışı olacaq

Bütün xəbərlər
12 oktyabr 2026, 17:03

Gəncə kikboksçuları 16 ildən sonra BUNU BACARDILAR

Bütün xəbərlər
12 oktyabr 2026, 16:27

Sabah Gəncədə 27 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
12 oktyabr 2026, 14:08

Gəncədə zəncirvari qəza: piyadanı maşın vurdu

Bütün xəbərlər
12 oktyabr 2026, 13:49

Gəncədə yerləşmə müəssisələrində monitorinq keçirilib

Bütün xəbərlər
12 oktyabr 2026, 13:11

Bakı-Gəncə avtobusu Kürdəmirdə "Mercedes"ə çırpıldı

Bütün xəbərlər
12 oktyabr 2026, 12:26

Gəncəli şəhidin doğum günüdür

Oxşar xəbərlər