Gəncədə Atatürk prospektində səkilərdən biri zəbt olunub.
Məsələ ilə bağlı Gencexeber.az-a şikayət ünvanlayan sakinlərin sözlərinə görə, sözügedən prospektdə taxta qapı satan ticarətçi qapıları səkiyə düzür.
Şikayətçilər bildirir ki, bu hal həm piyadaların hərəkətini çətinləşdirir, həm də şəhərin estetik görünüşünü pozur.
Vətəndaşlar, aidiyyəti qurumlardan ticarətçi ilə söhbət aparılmasını, qapıların mağaza daxilində satılmasının təmin olunmasını xahiş edirlər.