Goranboyda güllələnmə hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına əsasən, rayonun Bağçakürd kəndində 74 yaşlı Qələndər Muradov ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı, əqli qüsurlu Orxan Həsənov polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.