Bu gün Gəncəli şəhid Sahib Həsənovun ad günüdür.
Gencexeber.az məlumat verir ki, Həsənov Sahib Azər oğlu 19 oktyabr 1999-cu ildə Gəncədə doğulub.
2017-ci ildə Gəncə şəhəri 7 nömrəli tam orta məktəbi bitirib. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olub.
Sahib Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. O, Murovdağ zirvəsi və Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə iştirak edib.
17 oktyabrda Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 18 oktyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunub.
Sahib Həsənov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları və 3–cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.