Gəncədə 18 nömrəli məktəbin yaxınlığında sakinlərin narahatlığına səbəb olan hal yaşanır.
Gencexeber.az-a müraciət edən sakinlərin sözlərinə görə, "Azərittifaq" adlanan ərazidə naməlum şəxslər naqilləri və digər əşyaları əritmək məqsədilə yandırırlar.
Nəticədə ətrafa yayılan kəskin kimyəvi qoxu yaxınlıqdakı yaşayış binalarının sakinlərinə ciddi narahatlıq yaradır. Vətəndaşlar bildirirlər ki, axşam saatlarında pəncərələri açmaq belə mümkün olmur.
Gəncəlilər aidiyyəti qurumlardan məsələyə müdaxilə etməyi və ərazidə naqillərin, eləcə də digər əşyaların yandırılmasının qarşısını almağı xahiş edirlər.