Azərbaycanda 2025-ci ildə 15-29 yaşlı 6 522 qadın boşanıb. Bu, eyni yaş qrupundakı kişilərin sayından (2 778 nəfər) 3 744 nəfər çoxdur.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
2024-cü ildə də boşanan gənc qadınların sayı kişilərdən çox olub: müvafiq olaraq 6 890 və 2 979 nəfər.
2025-ci ildə 15-29 yaşlı boşananların ümumi sayı 9 300 nəfər təşkil edib. Bu, 2024-cü illə müqayisədə 569 nəfər və ya 5,8% azdır.
2025-ci ildə boşanan gənc kişilərin sayı əvvəlki illə müqayisədə 201 nəfər (6,8%), qadınların sayı isə 368 nəfər (5,3%) azalıb.
Yaş qrupları üzrə ən böyük azalma 25-29 yaşlı qadınlarda qeydə alınıb: onların sayı 4 266-dan 3 942-yə düşüb. Eyni yaş qrupunda boşanan kişilərin sayı 2 513-dən 2 329-a azalıb.
18-19 yaş qrupunda isə boşanan qadınların sayı 239-dan 258-ə, kişilərin sayı 6-dan 10-a yüksəlib.
2025-ci ildə 15-17 yaşlı boşananlar arasında bir qadın qeydə alınıb. Bu yaş qrupunda kişilər olmayıb.
Mənbə: anews.аz