Gəncəli oğlan Rusiya Federasiyasının Leninqrad vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirib.
Gencexeber.az-ın məlumatına görə, 2007-ci il təvəllüdlü İsmayıl İmanovun həlak olduğu qəza Sankt-Peterburq–Sverdlovo–Vsevolojsk avtomobil yolunun 5-ci kilometrində baş verib.
Belə ki, "Hyundai" markalı avtomobili idarə edən 19 yaşlı sürücü hərəkət zamanı idarəetməni itirərək qarşı zolağa çıxıb və "Qazel Next" markalı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü təcili tibbi yardım maşınında, 22 yaşlı sərnişin isə hadisə yerində həyatını itirib.
İsmayıl İmanov dünən, oktyabrın 18-i Gəncədə dəfn olunub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.