top
Qadının döyülməsində şübhəli bilinən QAYIN axtarılır – DİN
Bu gün, 12:43
- ↺ +

Qadının döyülməsində şübhəli bilinən QAYIN axtarılır – DİN

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəmkir rayonunun Sabirkənd kəndində 1992-ci il təvəllüdlü Kəmalə İbrahimovaya ağır xəsarətlər yetirilməsi ilə bağlı araşdırma aparılır.

Gencexeber.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, müraciətlə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır.

Onun sözlərinə görə, polis şübhəli şəxsin saxlanılması istiqamətində tədbirləri davam etdirir.

Qeyd edək ki, zərərçəkənin anası İlhamə Məmmədovanın iddiasına görə, hadisəni 1976-cı il təvəllüdlü Bəhruz İbrahimov törədib. O bildirib ki, qızının qaynı uzun müddətdir ondan uşaqları ilə birlikdə evdən çıxmasını tələb edir.

11:23

Şəmkir rayonunun Sabirkənd kəndində 1992-ci il təvəllüdlü Kəmalə İbrahimovanın qaynı tərəfindən döyüldüyü bildirilir.

Gencexeber.az-a müraciət edən zərərçəkənin anası İlhamə Məmmədovanın iddiasına görə, hadisəni 1976-cı il təvəllüdlü Bəhruz İbrahimov törədib. 

Bildirilib ki, həmin şəxs Kəmaləyə arxadan yaxınlaşaraq qulaq nahiyəsinə yumruqla zərbə endirib, onu yerə yıxdıqdan sonra döyməyə davam edib. Daha sonra qadın minik avtomobili ilə yaşadığı evə aparılıb. İddialara görə, evdə qayınanasının və iki azyaşlı övladının gözü qarşısında ona yenidən çoxsaylı zərbələr endirilib.

Qadın kəllə-beyin travması alıb, burnu və üst çənə sümüyü sınıb. Həmçinin onun bir neçə qabırğasının sındığı, bədəninin müxtəlif nahiyələrində küt travmalar, çoxsaylı xəsarət və sıyrıqlar olduğu bildirilir.

Qadının həyat yoldaşı, 1971-ci il təvəllüdlü Sənan İbrahimov hadisə zamanı işlə əlaqədar Bakıda olub.  

Hadisənin uzun müddətdir davam edən torpaq mübahisəsi zəminində baş verdiyi qeyd edilir. Məlumata görə, Bəhruz qardaşının ailəsi ilə birlikdə atalarından qalan məhəllədən köçməsini tələb edib. Halbuki hər iki qardaşın həmin ərazidə ayrı-ayrılıqda evləri var.

Qeyd edək ki, zərərçəkənin yaxınlarının bildirdiyinə görə hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Bəhruz İbrahimovun axtarışları davam etdirilir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:19

Gəncəçay çayının məcrası TƏMİZLƏNİB

Bütün xəbərlər
Bu gün, 12:52

Gəncədə oğlanların sayı qızları ÜSTƏLƏYİR

Bütün xəbərlər
Bu gün, 12:15

Hərbi hissəni özbaşına tərk edənlər cərimələnəcək

Bütün xəbərlər
Bu gün, 11:53

Reper Navai azadlığa buraxıldı

Bütün xəbərlər
Bu gün, 10:34

Evə gec gəldiyinə görə döyülən qadın ərini bağışladı

Bütün xəbərlər
Bu gün, 09:33

ATU-da günəş panelli işıq dirkləri quraşdırılıb

Bütün xəbərlər
Bu gün, 09:04

Bu yolayrıcı DİQQƏTSİZLİYİ BAĞIŞLAMIR

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

20 oktyabr 2020: Vətən Müharibəsinin 24-cü günü

Bütün xəbərlər
Dünən, 16:49

Gəncədə magistral yolda işıqlandırmanın olmamasının SƏBƏBİ

Bütün xəbərlər
Dünən, 16:25

Sahibsiz itləri daşlayanlar Gəncə məktəbliləri imiş…

Bütün xəbərlər
Dünən, 16:15

Küçədə öyüş söyən idarə rəisi işdən çıxarıldı

Bütün xəbərlər
Dünən, 15:43

Sabah dolu düşəcək, şimşək çaxacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:25

Gimnastlarımız beynəlxalq yarışdan 6 medalla Gəncəyə qayıdırlar

Bütün xəbərlər
Dünən, 13:39

"Kəpəz" – "Zirə" görüşünü 14 minə yaxın azarkeş İZLƏYİB

Bütün xəbərlər
Dünən, 13:20

Ərinin soyadından imtina edən qadınların sayı ARTIB

Bütün xəbərlər
Dünən, 12:34

"Kapital Bank" qapalı hərracla 50 milyon manat borca girib

Bütün xəbərlər
Dünən, 12:02

Boşanan gənc qadınların sayı kişilərdən çox olub

Bütün xəbərlər
Dünən, 11:26

Anar Bayramov nazir təyin olundu - Sərəncam

Bütün xəbərlər
Dünən, 11:25

19 yaşlı gəncəli Rusiyada qəzada öldü

Bütün xəbərlər
Dünən, 11:24

Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi

Bütün xəbərlər
Dünən, 11:22

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman

Bütün xəbərlər
Dünən, 10:08

"Kəpəz"in oyunundan sonra Gəncə stadionunun ərazisi zülmətə bürünür

Oxşar xəbərlər