2026-cı ilin əvvəlinə Gəncə şəhərində 14-29 yaş aralığında olan gənclərin sayı 76 min nəfər təşkil edib.
Gencexeber.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatına əsasən, qurumun "Azərbaycan gəncləri" statistik məcmuəsində Gəncədə bu yaş qrupuna daxil olan şəxslərin 39,3 min nəfəri kişilər, 36,7 min nəfəri isə qadınların olduğu bildirilib.
Qeyd edək ki, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 14-29 yaşlı əhalinin ümumi sayı 135,3 min nəfərdir. Onlardan 71,3 min nəfəri kişi, 64 min nəfəri isə qadındır.