Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Gəncəçay çayının məcrasında növbəti dəfə təmizlik işləri görülüb.
Gencexeber.az bildirir ki, çayın məcrası və əsasən körpülərin ətraf ərazilərindən şəhər sakinləri tərəfindən atılan, həmçinin sel sularının gətirdiyi məişət tullantıları yığılıb.
Ağac qırıntıları, kol-kos və alaq otları yığılaraq daşınması təmin edilib.