Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi işdən azad olunub.
Gencexeber.az məlumat verir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Alim Abbasovu tuttuğu vəzifədən azad edib.
Bu vəzifəyə Muşfiq Mehdixanov təyin olunub.
Qeyd edək ki, Alim Abbasovun Şəmkir Suvarma Sistemləri İdarəsinin qarşısında jurnalistlərə söyüş söydüyü üçün vəzifədən azad olunduğu iddia olunur.