Oktyabrın 21-də gözlənilən hava proqnozu açıqlanıb.
Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-16° isti olacaq.