Gəncədə tanınmış diş həkimi Cavad Abbaszadə 58 yaşında dünyasını dəyişib.
Gencexeber.az-ın məlumata görə, həkim işdən evə qayıtdıqdan sonra masa arxasında olarkən qəfil halı pisləşib.
Cavad Abbaszadə uzun illər Gəncədə stomatoloq kimi fəaliyyət göstərib. O, şəhərdə yerləşən stomatoloji klinikalardan birində çalışıb.
Həkim dünən Gəncədə dəfn olunub.