Ağsu İdman Kompleksində Zəfər Gününə həsr olunmuş muay tay və uşu üzrə klublararası Respublika turniri keçirilib.
Gencexeber.az məlumat verir ki, yarışda ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən uşaqlar, yeniyetmələr və gənclər müxtəlif yaş qrupları üzrə mübarizə aparıblar.
Turnirdə Gəncə şəhərini Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası (ADFA) və "Champion Fight Gəncə" klublarının idmançıları təmsil ediblər. İdmançılar ADFA-nın Qərb Filialının regional sədri, Əməkdar məşqçi və Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi İlqar Alıyevin rəhbərliyi altında yarışa qatılıblar.
Muay tay üzrə nəticələr:
– Abbasov Hüseyn (39 kq) — I yer;
– Vəliyev Tunar (60 kq) — I yer;
– Əhmədov Renat (39 kq) — II yer.
Uşu üzrə nəticələr:
– Məmmədov Vüqar (36 kq) — I yer;
– Şükürov Əli (42 kq) — I yer;
– Sultanmədli Hüseyn (65 kq) — I yer;
– Nəbiyev Alı (39 kq) — II yer.
"Champion Fight Gəncə" klubunun idmançıları isə baş məşqçi Maqsud Allahverdiyevin rəhbərliyi ilə uşu üzrə aşağıdakı nəticələri əldə ediblər:
– Cabbarlı Əli (52 kq) — I yer (məşqçi: Elvin Quliyev);
– Osmanov Əli (48 kq) — I yer (məşqçi: Elvin Quliyev);
– Əmrahlı Əli (65 kq) — II yer (məşqçi: Xəyal Əmrahov).
– Hümbətzadə Turqay (42 kq) — II yer (məşqçi: Elvin Quliyev);
– Kərimov Nihad (60 kq) — III yer (məşqçi: Elvin Quliyev).
Yarışın sonunda qaliblər və mükafatçılar diplom, medal və müxtəlif hədiyyələrlə təltif olunublar.