Gəncədə həkim-radioloq Xalid İbrahimov dünyasını dəyişib.
Gencexeber.az xəbər verir ki, 1972-ci il təvəllüdlü həkim uzun sürən onkoloji xəstəlikdən vəfat edib.
Xalid İbrahimov bu gün Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, o, Gəncədə fəaliyyət göstərən tanınmış özəl xəstəxanalardan birində çalışıb.