Gəncədə hindistanlı tələbələrin ifa etdiyi rəqslər maraqlı görüntülərlə yadda qalıb.
Gencexeber.az məlumat verir ki, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən "International Student Fest" festivalında xarici tələbələr öz ölkələrinin milli rəqslərini nümayiş etdiriblər.
Festival çərçivəsində hindistanlı tələbələrin rəqs çıxışı iştirakçıların diqqətini cəlb edib. Rəngarəng geyimlər və dinamik rəqs hərəkətləri ilə seçilən şou tədbirə xüsusi rəng qatıb.