Gəncə Dövlət Kukla Teatrı Qazaxıstanda keçirilən IV Beynəlxalq "Almaty Puppet Festival" festivalına qatılıb.
Gencexeber.az məlumat verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan səfər çərçivəsində teatr kollektivi oktyabrın 21-dən 24-dək Qazaxıstanın Almatı şəhərində keçirilən festivalda ölkəmizi təmsil edir.
Truppa üzvləri Almatı Akademik Kurşak Teatrının səhnəsində dünya şöhrətli fransız yazıçısı Şarl Perronun "Çəkməli pişik" tamaşasını nümayiş etdiriblər.
Tamaşanın quruluşçu rejissoru Şamil Məmmədli, quruluşçu rəssamı Əntiqə Bədirova, dekorativ rəssamı isə Məhəmməd Hacıyevdir.
Qrupun rəhbəri teatrın direktoru, Respublikanın Əməkdar artisti Fərmail Paşayevdir.
Tamaşada Səməd Xanəhmədov, Nahidə Namazova, Zülfiyyə Əliyeva, Yeganə Məmmədova, Nərmin Şərifova və Saleh Cümşüdlü rol alırlar.