Goranboyda bədbəxt hadisə baş verib.
Gencexeber.az-ın məlumatına görə, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü Ləman Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində həyatını itirib.
Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
Mərhumun həyat yoldaşı Azər Ağayev redaksiyamıza bildirib ki, bu gün səhər saatların elektrik xəttinin dirəkdən qoparaq yerə düşməsinə görə, aidiyyəti qurumun əməkdaşlarını təmir işlərinə cəlb edilib. İşçilər qəzalı dirəyi birləşmədən açarkən konstruksiya öz həyətində iş görən 35 yaşlı qadının üzərinə aşıb.
Faktla bağlı araşdırma aparılır.