Gəncənin "Ay Sport Club" klubunun gimnastları beynəlxalq turnirdə uğurlu nəticələrlə yadda qalıblar.
Gencexeber.az məlumat verir ki, 24-cü Beynəlxalq "Golden Butterfly Cup" turnirində 3 ölkədən 17 klubun 285 gimnastı iştirak edib. Yarışda "Ay Sport Club"un nümayəndələri müxtəlif yaş kateqoriyalarında mükafatçılar sırasına düşüblər.
Belə ki, 2020-ci il təvəllüdlü Zeynəb Məmmədova və Nur Abbadova öz yaş qruplarında 3-cü yerə layiq görülüblər.
2022-ci il təvəllüdlü Nilay Namazəli isə yaş qrupunun ən güclü gimnastı tituluna sahib olub.
2018-ci il təvəllüdlü Aynişan Sarıyeva və Sevgi Əsgərzadə 3-cü yerlə kifayətləniblər. Eyni yaş qrupunda çıxış edən Milana Paşayeva isə 1-ci yeri qazanıb.
2017-ci il təvəllüdlü Aidə Hacıyeva yarışı 2-ci yerdə başa vurub.
Qeyd edək ki, gimnastlar turnirə məşqçisi Yeganə Abdullayevanın rəhbərliyi altında hazırlaşıblar.