Sumqayıt Olimpiya İdman Kompleksində şəhid, Vətən müharibəsi qəhrəmanı Anar Əliyevin xatirəsinə həsr olunmuş savat üzrə Azərbaycan çempionatı və birinciliyi keçirilib.
Gencexeber.az məlumat verir ki, yarışda Göygöl rayon İrəvan İdman Mərkəzinin savat bölməsinin Bələdiyyə qrupu 12 idmançı ilə təmsil olunub.
İdmançılarımız çempionatda yüksək nəticə göstərərək ümumilikdə 12 medal qazanıblar. Belə ki, təmsilçilərimiz 9 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olublar.
Qeyd edək ki, savat Fransada küçə döyüşü kimi formalaşaraq sonradan müstəqil döyüş sənətinə və beynəlxalq idman növünə çevrilib. Bu idman növündə həm əl, həm də ayaq zərbələrinin tətbiqinə icazə verilir.