Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına görə, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb. 1994-cü il təvəllüdlü Yusif Eyvazov ürək nahiyəsindən bıçaq xəsarəti alıb. Zərərçəkən xəstəxanaya çatdırılıb, müalicəsi davam edir.
İlkin məlumata görə, hadisəni törətməkdə 1985-ci il təvəllüdlü Ülfət Hüseynov şübhəli bilinir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.