Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə U-15 Avropa çempionatında Gəncə idmançıları uğurlu nəticələrə imza atıblar.
Gencexeber.az məlumat verir ki, Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (UGİŞM) boks bölməsinin yetirmələri beynəlxalq arenada əzmkarlıq və yüksək döyüş ruhu nümayiş etdirərək 2 gümüş və 1 bürünc medal qazanıblar.
– Yusif Məhəmməd oğlu Əli – 57 kq çəki dərəcəsində gümüş medal (Şəxsi məşqçisi: Əliyev Məhəmməd);
Avropa rinqində qazanılan bu medallar Gəncə boksunun növbəti uğuru kimi qiymətləndirilir.