Gəncədə çoxmənzilli binanın sakinləri illərdir şəraitsizlikdən əziyyət çəkirlər.
Gencexeber.az-a müraciət edən vətəndaşların sözlərinə görə, Azərbaycan Bayrağı küçəsində yaşadıqları 9 nömrəli binanın balkonları yararsız vəziyyətdədir.
Bildirilib ki, təxminən 10 il əvvəl balkonlar qismən sökülüb, lakin bu günədək bərpa işləri aparılmayıb. Hazırda konstruksiyalar istifadəyə yararsız olmaqla yanaşı, sakinlər üçün təhlükə də yaradır.
Bundan başqa, binanın həyəti də baxımsız vəziyyətdədir. Ərazidə uşaqların oynaması üçün heç bir şərait yaradılmayıb. Yağışlı havalarda isə həyət keçilməz vəziyyətə düşür.
Sakinlər aidiyyəti qurumlardan binanın balkonlarının təmir olunmasını, həyətin abadlaşdırılmasını və uşaqlar üçün müvafiq şəraitin yaradılmasını xahiş edirlər.