Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Şəmkir-Gədəbəy yolunun Yasamal adlanan ərazisində "VAZ - 2106" markalı minik maşını idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində avtomobillin sürücüsü - Şəmkir rayon sakini 1984-cü il təvəllüdlü D.Əhmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.аz