Bu gün şəhid Anar Nağıyevin və Şöhrət Əliyevin doğum günüdür.
Gencexeber.az xatırladır ki, Anar Nağıyev 1989-cu il oktyabrın 30-da Gəncə şəhərində anadan olub. 1996-2000-ci illərdə Samux rayonunda Alıuşağı kənd tam orta məktəbində, 2000-2007-ci illərdə isə Qazax rayonunda S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində təhsil alıb.
Azərbaycan Ordusunun giziri olan Anar Nağıyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kəndində dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və "Qarabağ" ordeni ilə təltif edilib.
Şöhrət Əliyev 30 oktyabr 1999-cu ildə Gəncə şəhərində doğulub.
2005-ci ildə Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2015-ci ildə orta təhsilini başa vurub.
2018-ci ildə "N" saylı hərbi hissəsində xidmət eib.
O, Füzuli və Cəbrayıl rayonları, Şuşa və Xankəndi istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 8 noyabr 2020-ci il tarixində Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. 17 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.