Gəncə Dövlət Universitetinin 3-cü korpusunun yaxınlığında yerləşən yeraltı piyada keçidində səhər saatlarında işıqların yanmaması narazılığa səbəb olur.
Məsələ ilə bağlı Gencexeber.az-a şikayət ünvanlayan tələbələr bildiriblər ki, sözügedən problem uzun müddətdir davam edir. Onların sözlərinə görə, səhər saatlarında keçiddə işıqların yanmaması onlar üçün çətinlik yaradır.
Tələbələr aidiyyəti qurumlardan problemin aradan qaldırılmasını və yeraltı keçidin işıqlandırılmasının təmin olunmasını istəyirlər.