Gəncəli Xalq artisti Şahmar Ələkbərovun nəvəsi Hollivud ulduzuna nüfuzlu kino mükafatı təqdim edib.
Gencexeber.az məlumat verir ki, məşhur amerikalı aktrisa Culianna Mur ABŞ-nin Corciya ştatında keçirilən 29-cu "SCAD Savannah" film festivalı çərçivəsində təltif edildiyi nüfuzlu "Icon Award" mükafatını azərbaycanlı aktyor Eldar İskəndərovdan alıb.
Qeyd edək ki, Niderland və Belçikada boya-başa çatan Eldar İskəndərov Xalq artisti, tanınmış gəncəli aktyor Şahmar Ələkbərovun nəvəsidir. Gənc 2024-cü ildə ABŞ-də yerləşən "Savannah College of Art and Design" universitetini "Performans sənətləri" ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib.
Daha öncəl Eldar İskəndərov və Culianna Mur "The Debut" filmində birlikdə çəkiliblər.