Bu gün şəhid Rauf Əsgərovun doğum günüdür.
Gencexeber.az məlumat verir ki, R.Əsgərov 1978-ci il noyabrın 2-də Gəncə şəhərində anadan olub.
1985-1996-cı illərdə Gəncə şəhərində İ.Nəsimi adına 44 nömrəli tam orta məktəbdə, 1996-2000-ci illərdə isə Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil alıb. Bundan sonra Vətənə borcunu ödəmək üçün hərbi xidmətə yola düşüb.
Vətən müharibəsi zamanı ehtiyatda olan zabit kimi orduya çağırılıb. Baş leytenant oktyabrın 26-da Füzuli rayonu Mərdinli kəndinin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlər zamanı, əsgərini neytral zonadan təxliyə edəndə şəhid olub. İgidimiz Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Gəncədə Rauf Əsgərovun adına küçə verilib, adını daşıyan təhsil mərkəzi fəaliyyət göstərir.