Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az məlumat verir ki, şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən 1960-cı il təvəllüdlü Mehriban Məhərovanı avtomobil vurub.
66 yaşlı qadın xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin yardım göstərilib, müalicəsi davam edir.
Faktla bağlı araşdırma başlanılıb.