Gəncə şəhərində fəaliyyət göstərən uşaq bağçalarında istilik sisteminin hələ də işə salınmaması vətəndaşların narazılığına səbəb olub.
Gencexeber.az-a müraciət edən valideynlər bildirirlər ki, otaqların soyuq olması səbəbi ilə uşaqlar tez-tez xəstələnirlər.
Şikayətçilərin sözlərinə əsasən, bağça rəhbərliyi istilik sisteminin noyabr ayının ortalarında işə salınacağını bildirib. Lakin valideynlər aidiyyəti qurumlardan uşaq bağçalarında istilik sisteminin daha tez işə salınmasını xahiş edirlər.
Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, bu hal mümkün deyil, çünki qış mövsümünə keçid noyabrın 15-də baş tutacaq.