top
Gəncəli Əməkdar artistin anım günüdür
03 noyabr 2026, 12:57
- ↺ +

Gəncəli Əməkdar artistin anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan SSR Əməkdar artisti Zemfira Quliyevanın anım günüdür.

Gencexeber.az məlumat verir ki, Zemfira Nəriman qızı Quliyeva 23 noyabr 1937-ci ildə Gəncə şəhərində anadan olub.

O, 1957-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal fakültəsinin solo oxu şöbəsinə daxil olub, 1962-ci ildə ali təhsilini başa vurub. Quliyeva ikinci kursda oxuyanda bəstəkar Süleyman Ələsgərovun və rejissor Şəmsi Bədəlbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına işə dəvət olunub və iki il bu kollektivdə çalışıb, teatrda bir sıra tamaşalarda əsas partiyaları oynayıb.

1960-1963-cü illərdə Quliyeva Azərbaycan Dövlət Radiosunun xorunda çalışıb. O, 1963-cü ildə Musiqili Komediya Teatrının aparıcı solisti kimi çalışmağa başlayıb. Zemfira Quliyeva otuz ildən çox Musiqili Komediya Teatrının repertuarındakı əsas tamaşalarda obrazlar canlandırıb. O, "Məşədi İbad", "Arşın mal alan", "Ev bizim, sirr bizim", "Ulduz", "Hacı Qara" kimi tamaşalarda rol alıb.

Zemfira Quliyeva 1982-ci ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adı ilə təltif olunub.

Sənətkar 3 noyabr 1997-ci ildə Bakıda vəfat edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:59

Evin həyətini zibilliyə çevirdilər, küçəni bit basdı - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 13:41

Qonşusunu qətlə yetirib meyitini quyuya atan şəxsə 11 il HƏBS

Bütün xəbərlər
Bu gün, 12:46

Gəncəli ağır atlet 178 kiloqramı ram edərək BİRİNCİ OLDU

Bütün xəbərlər
Bu gün, 12:06

Gəncə musiqi ictimaiyyətinə AĞIR İTKİ

Bütün xəbərlər
Bu gün, 10:52

Gəncədə nənəsinin evindən 100 minlik oğurluq etdi, çöp də qalmadı

Bütün xəbərlər
Bu gün, 10:46

Gəncəli iş adamı Türkiyədə vəfat etdi

Bütün xəbərlər
Bu gün, 10:20

Gəncənin mərkəzi küçələrində təmizlik işləri aparılıb

Bütün xəbərlər
Bu gün, 09:21

Gəncədə kommunal xətlər çəkildi, yollar bərbad vəziyyətdə qaldı

Bütün xəbərlər
Dünən, 13:00

17 yaşlı qızı qaçıran ana və oğullarına 13 il 6 ay CƏZA VERİLDİ

Bütün xəbərlər
Dünən, 11:00

Regionumuzda şagirdlərin daşınmasına 451 min manat xərclənəcək

Bütün xəbərlər
14 noyabr 2026, 16:43

Gəncədə dilənçilərin ətrafa dağıtdığı zibillər təmizlənib

Bütün xəbərlər
14 noyabr 2026, 14:08

Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi

Bütün xəbərlər
14 noyabr 2026, 13:25

V Gəncə Kitab Sərgisinin açılış mərasimi baş tutub

Bütün xəbərlər
14 noyabr 2026, 12:27

Gəncədə poliklinikaların telefon nömrələri işləmir? - İDDİA

Bütün xəbərlər
14 noyabr 2026, 11:57

Sabahdan istilik mövsümü başlayır

Bütün xəbərlər
14 noyabr 2026, 11:11

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

Bütün xəbərlər
14 noyabr 2026, 10:57

Bu il 116 uşaq övladlığa verilib

Bütün xəbərlər
14 noyabr 2026, 09:42

12 yaşlı yeniyetməni maşın vurub

Bütün xəbərlər
14 noyabr 2026, 09:08

ADAU məzunu Oksford Universitetinin müəllimi oldu

Bütün xəbərlər
13 noyabr 2026, 22:46

Gəncədə dilənçilər zibilləri ətrafa dağıdırlar – ŞİKAYƏT

Bütün xəbərlər
13 noyabr 2026, 17:22

Hamilə qadın bıçaqlandı, qardaşı şübhəli qismində saxlanıldı

Bütün xəbərlər
13 noyabr 2026, 16:48

Gəncədə bazar rəhbərliyi sahibkarların quşlarını "həbs etdi" - İDDİA

Bütün xəbərlər
13 noyabr 2026, 16:18

"Xarici turistlər deyirlər ki, lülə kabab dadlıdır, şəkərbura ondan da dadlıdır" - Anar

Bütün xəbərlər
13 noyabr 2026, 14:08

"Gənclərin ailə qurmağa marağı azalır" - deputat

Oxşar xəbərlər