Gəncə dəmiryol vağzalının qarşısında, xüsusilə axşam saatlarında avtomobil sıxlığı müşahidə olunur.
Gencexeber.az-a daxil olan şikayətlərə görə, vətəndaşlar ərazidə dayanacağın düzgün təşkil edilməməsindən narazılıq edirlər.
Bildirilib ki, sərnişin avtobuslarının onlar üçün ayrılmış dayanacaq yerindən deyil, birbaşa vağzalın qarşısında dayanması nəqliyyat sıxlığını daha da artırır.
Vətəndaşlar problemin aradan qaldırılması, avtobusların ayrılmış dayanacaqdan istifadəsinin təmin edilməsi və ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş edirlər.