Gəncə şəhərində müvafiq icazəverici sənədlər olmadan aparılan tikinti işlərinə qarşı nəzarət tədbirləri davam etdirilir.
Gencexeber.az məlumat verir ki, növbəti monitorinq zamanı şəhərin Ə.N.Gəncəvi küçəsində qanunsuz tikililər, Məhsəti qəsəbəsinin A.Səhhət küçəsində isə qanunsuz quraşdırılmış dəmir konstruksiya aşkarlanıb. Aşkar edilmiş qanunsuz tikintilərlə bağlı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında şəhər ərazisində tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılmış komissiyanın üzvləri, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilir.