Göygöldə "VAZ- 2107" ilə "Toyota" markalı avtomobillər toqquşub.
Gencexeber.az bildirir ki, hadisə nəticəsində 1995-ci il təvəllüdlü M.Qarayev və Türkiyə vətəndaşı 1991-ci il təvəllüdlü M.Solqun müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Göygöl Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağır qiymətləndirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.