Qazax rayonunda 33 yaşlı Xanlar Vəkilovun bıçaqlanmasının təfərrüatı məlum olub.
Hadisə bir neçə gün öncə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.
Kənd sakini, 1993-cü il təvəllüdlü Xanlar Vəkilov mübahisə zəminində bıçaqlanıb.
Məlumata görə, hadisə söyüşə görə baş verib. Xanlar Vəkilov orta məktəb şagirdini söyüb. Şagird də həmin gün axşam saatlarında evdən götürdüyü bıçaqla Xanlar Vəkilova zərbələr endirib.
Qeyd olunur ki, hadisə nəticəsində bıçaqlanan şəxs Azərbaycanın mərhum Xalq şairi Səməd Vurğunun əmisi nəvəsidir.
Mənbə: oxu.аz