Goranboy rayonunun Todan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına görə, "Lada Niva" markalı avtomobilin hündürlükdən dərəyə aşması nəticəsində 64 yaşlı Naqilə Həsənəliyeva həyatını itirib.
Redaksiyamız mərhumun fotosunu əldə edib.
Məlum olduğu kimi, Naqilə Həsənəliyeva Birinci Qarabağ müharibəsi şəhidi Sirac Həsənəliyevin anasıdır.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Sirac Qulu oğlu Həsənəliyev 1986-cı ildə anadan olub. O, cəmi 6 yaşında olarkən Goranboy rayonunun Todan kəndində, həyətdə oynadığı zaman erməni qüvvələrinin atdığı top mərmisinin partlaması nəticəsində şəhid olub.