Gəncə şəhərində polis əməkdaşları tərəfindən dilənçiliklə məşğul olan və tüfeyli həyat tərzi keçirərək sakinlərin narazılığına səbəb olan şəxslərlə bağlı profilaktik tədbir keçirilib.
Gencexeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, tədbir zamanı ümumilikdə 32 nəfər saxlanılaraq polis şöbəsinə gətirilib.
Saxlanılan şəxslərlə profilaktik söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.
Daha sonra həmin şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər.