top
29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü
Bu gün, 00:05
- ↺ +

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Gencexeber.az Vətən müharibəsinin xronikasını təqdim edir:

Müharibənin 3-cü gününün səhər saatlarında cəbhənin Füzuli-Cəbrayıl istiqamətində yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib. Saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha dörd tankı vurulub. Düşmənin Xocavənd rayonu ərazisində yerləşdirdiyi 3-cü "Martuni" motoatıcı alayı darmadağın edilib.

Almaniya Kansleri Angela Merkel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Dövlətimizin başçısı bildirib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-1" telekanalının "60 dəqiqə" proqramında Vətən müharibəsi ilə bağlı sualları cavablandırıb.

Baş Prokurorluq düşmənin dinc əhalini atəşə tutması nəticəsində 12 mülki şəxsin həlak olması, 35 nəfərin xəsarət alması ilə bağlı məlumat yayıb.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Dünən, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Dünən, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Dünən, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Dünən, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Dünən, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Dünən, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Bütün xəbərlər
Dünən, 08:40

34 yaşlı kişi bıçaqlandı, şübhəli saxlanıldı

Bütün xəbərlər
Dünən, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
27 sentyabr 2026, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
27 sentyabr 2026, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
26 sentyabr 2026, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
26 sentyabr 2026, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
26 sentyabr 2026, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
26 sentyabr 2026, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
26 sentyabr 2026, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Bütün xəbərlər
26 sentyabr 2026, 11:00

Qadın keçmiş ərinin təpəsini qaynar qaşıqla əzib

Oxşar xəbərlər