Azərbaycan boks milli komandasının üzvü gəncəli Nəbi İsgəndərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında uğur qazanıb.
Gencexeber.az məlumat verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan Nəbi İsgəndərov turnirin yekununda ikinci yerə layiq görülərək Azərbaycan millisinin aktivinə gümüş medalı əlavə edib.
Qeyd edək ki, baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komandada daha əvvəl Sübhan Məmmədov (50 kq) qızıl, Amin Məmmədzadə (55 kq) və Məhəmməd Abdullayev (+90 kq) isə bürünc medal qazanıblar.